Un və şirniyyat sexləri bağlanıb - <font color=red> FOTOLAR</font>

Xəbərlər

26.02.2020 - 18:55

Binəqədi rayonunda qanunsuz fəaliyyət göstərən istehsal sexlərində reyd keçirilib

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, ev 54 ünvanında fəaliyyət göstərən fiziki şəxslər - Vəliyev Akif Müseyib oğluna və Şərifov Elburus İsfəndiyar oğluna məxsus unlu və qənnadı məmulatlarının istehsalı sexlərində reyd keçirilib.

 

AQTA-nın mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, reyd zamanı hər iki müəssisədə məhsul istehsalı, saxlanması, daşınması və satışı zamanı sanitar-gigiyenik norma və qaydaların kobud şəkildə pozulduğu müəyyən edilib.

 

Sexlərdə məhsulların qablaşdırılmasında istifadə edilən karton materialın döşəmə ilə birbaşa təmasda saxlanıldığından məhsulların mikrobioloji çirklənməsinə səbəb olduğu, xəmir qarışdırıcının sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi aşkarlanıb.

 

Hər iki faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş