Ali Rada Umerovun ölkənin müdafiə naziri təyin edilməsini təsdiqləyib
Ukrayna Ali Radası Rustem Umerovun ölkənin müdafiə naziri təyin edilməsini təsdiqləyib. AYNA UNİAN-a istinadən bildirir ki, 338 deputat Umerovun nazir təyin olunmasının lehinə səs verib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl müdafiə naziri Aleksey Reznikovun istefaya göndərilməsi ilə bağlı qərarını açıqlayıb.
Prezident nazir vəzifəsinə deputat Rustem Umerovun namizədliyini irəli sürmüşdü.
Rustem Umerov 2022-ci ildə Dövlət Əmlak Fonduna rəhbərlik edib. Bundan əvvəl isə Ali Radanın deputatı və İnsan Hüquqları və işğal olunmuş ərazilərin işğaldan azad edilməsi komitəsinin katibi kimi fəaliyyət göstərib.