Ukraynanın 7,7 milyondan çox sakini məcburi köçkünə çevrilib

Dünya

22.04.2022 - 01:28

Həkimlər Klinikalar SEO Xidməti

BMT Ukraynada məcburi köçkünlərin sayını açıqlayıb

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından Ukraynanın 7,7 milyondan çox sakini məcburi köçkünə çevrilib. AYNA xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb.

“7,7 milyondan çox insan və ya əhalinin 17%-i məcburi köçkün vəziyyətinə düşüb”, – İOM-dən bildiriblər. Təşkilatın məlumatına görə, aprelin 1-dən 17-dək ölkədə məcburi köçkünlərin sayı 600 min nəfərdən çox artıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, fevralın 24-dən aprelin 20-dək Ukraynanı tərk edənlərin sayı 5 085 219 nəfərə çatıb. Bu müddətdə əhali “axını” ən çox Polşaya olub - 2 847 540 nəfər. Eyni zamanda, Rumıniyaya 763 769, Rusiyaya 563 266, Macarıstana isə 476 213 qaçqın gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş