Ukraynalı general: “Putin ordusunun Kiyevə hücum ehtimalı qalır”

Dünya

03.10.2022 - 06:17

Sergey Naev: “Putin Ukraynanı və dövlətimizin paytaxtını birbaşa ələ keçirmək niyyətindən heç vaxt əl çəkməyəcək”

“Putin ordusunun Kiyevə hücumu ehtimalı qalır, lakin bu gün belə bir təhlükə yoxdur”. AYNA xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı, general-leytenant Sergey Naev deyib.

"Kiyevə hücum ehtimalı əlbəttə ki, var. Çünki Putin Ukraynanı və dövlətimizin paytaxtını birbaşa ələ keçirmək niyyətindən heç vaxt əl çəkməyəcək. Bu, doğrudan da, prioritetlər sırasındadır. Onun belə cinayət planları var", - deyə general vurğulayıb.

Naevin sözlərinə görə, Rusiya tərəfindən işğal üçün qüvvə toplanması müşahidə edilmir: “Vəziyyətin gələcək inkişafı Putinin qərarlarından, vəsaitin və qüvvələrin mövcudluğundan asılı olacaq. Ukrayna hərbçiləri Rusiya ordusunun Kiyevə əvvəlki hücumunu təhlil edib və müdafiəni gücləndirmək üçün əlindən gələni edir”.

Bundan əvvəl avstriyalı hərbi analitik Tom Kuper bildirib ki, rus qoşunları lazımi resursları nəzərə alaraq yenidən Kiyev və Qərbi Ukraynaya qarşı hücuma keçməyə cəhd edə bilər.

Müəllif: Ayna.az