Ukraynadakı səfirliyimizdən azərbaycanlılara <font color=red> MÜRACİƏT</font>

Xəbərlər

26.07.2020 - 16:03

cedabet dərman SEO Xidməti

“Bu ölkədə ermənilərin təxribatlarına uymayın!”

 

Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı bu ölkədə ermənilərin təxribatlarına uymamağa çağırıb. AYNA-nın xəbərinə görə, müraciətdə bildirilib ki, bu gün beynəlxalq arenalarda, cəbhədə uduzan Ermənistan hiyləgər siyasət yeridərək dünyada, o cümlədən Ukraynada yaşayan azərbaycanlıları təxribata çəkir.

 

Səfirlik vurğulayır ki, düşmən ayrı-ayrılıqda vandal hərəkətlərini videoya çəkib yaymaqla, azərbaycanlıları təxribata vadar edirlər: “Biz öz gücümüzü cəbhədə göstərmişik və bundan sonra da düşmən layiqli cavabını alacaq. Qətiyyən təxribatlara uymamaq lazım, səbirlə, yaşadığınız ölkənin qanunlarına uyğun hərəkət etməyinizi xahiş edirik. Çünki düşmən çox hiyləgərdir, döyüşü Qarabağdan yayındırıb, uzaq yerlərə, məkanlara daşımaq istəyir”.

 

“Sizin hər bir səbirsiz və düşünülməmiş emosional hərəkətinizi düşmənlərimiz Azərbaycana qarşı istifadə edərək, imicimizi zərbə altında qoymağa cəhd edir. Biz onlara bu fürsəti və imkanı verməməliyik. Biz Vətənə misilsiz sevgimizi-inanırıq ki, bu an uzaqda deyil - Qarabağın azadlığı uğrunda göstərəcəyik!”, - deyə müraciətdə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş