Qəza nəticəsində 2 nəfər ölüb
Ukraynanın Dnepropetrovsk vilayətində birmotorlu təyyarə qəzaya düşüb.
AYNA “TASS”a isitnadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Qəza nəticəsində 2 nəfər ölüb.
Göydə alovlanan təyyarə yaşayış məntəqəsinin yaxınlığına düşüb. Yanğın lokallaşdırılıb.