Ukraynada Miçurinin abidəsi sökülüb

Dünya

20.08.2023 - 17:06

cedabet dərman SEO Xidməti

Rus və sovet bioloqunun Poltavadakı heykəli götürülüb

Ukraynada rus və sovet bioloqu İvan Miçurinin heykəli sökülüb. AYNA xəbər verir ki, bu barədə "Dekolonizasiya. Ukrayna" “Telegram” kanalı məlumatm yayıb.

"Poltava vilayəti. Miçurin abidəsi sökülüb”, - məlumatda deyilir.

Bundan əvvəl Ukraynanın Lvov vilayətində sovet əsgərlərinə ucaldılmış iki abidə sökülüb. Mənbələrin məlumatına görə, Sambor rayonunun Qruşatiçi və Mijenets kəndlərindəki abidələr götürülüb.

Qeyd edək ki, 2015-ci ilin may ayından Ukraynada dekommunizasiya qanunu qüvvədədir. O, sovet simvollarından istifadənin qadağan edilməsini, SSRİ-nin kommunist rejiminin pislənməsini və ölkədə sovet xüsusi xidmət orqanlarının arxivlərinin açılmasını nəzərdə tutur. Qanunun icrası çərçivəsində şəhərlərin, küçələrin adları dəyişdirilir, sovet xadimlərinin abidələri sökülür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş