“Söz verdiyimiz kimi, çətin anlarda Suriya xalqını dəstəkləyirik”
Ukrayna Suriyaya 500 ton buğda unu göndərib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Söz verdiyimiz kimi, çətin anlarda Suriya xalqını dəstəkləyirik”, – Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, daşınma BMT-nin Ümumdünya Ərzaq Proqramı ilə əməkdaşlıq çərçivəsində “Ukraynadan taxıl” humanitar proqramı çərçivəsində həyata keçirilib: “Yaxın həftələrdə buğda ununun 33 250 ailə və ya 167 000 nəfər arasında paylanacağı planlaşdırılır və hər bir bağlamanın çəkisi 15 kiloqramdır”.
“Suriya və onun xalqına təhlükəsizlik, sabitlik və yenidənqurma arzulayıram. Biz bu şeylərin əsl dəyərini bilirik”, - Zelenski əlavə edib.