Kiyev Avropaya yalnız Avropa Komissiyasının müraciəti əsasında Avropaya məxsus “mavi yanacaq” verə bilər
“Ukrayna yanvarın 1-dən Rusiya qazının Avropaya tranzitini dayandıracaq”. AYNA "Strana.ua"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıxal bildirib.
Onun sözlərinə görə, Kiyev Avropaya yalnız Avropa Komissiyasının müraciəti əsasında Avropaya məxsus “mavi yanacaq” verə bilər.
Hökumət başçısının sözlərinə görə, Avropa Rusiya ilə həmsərhəd rayonlardan qaz nəql edərsə, bu variant mümkündür: “Onda bu qaz Rusiyaya deyil, Avropaya məxsus olacaq”.
Qeyd edək ki, bir müddət əvvəl Slovakiyanın Baş naziri Robert Fiko belə bir qərarın iki dövlət arasında ciddi münaqişəyə səbəb olacağını bildirmişdi.