Zelenski Kiyevin Moskva ilə danışıqları dayandıra biləcəyini bəyan edib
“Mariupoldakı “Azovstal” polad zavoduna sığınan ukraynalı əsgərlər və mülki vətəndaşlar Rusiya qüvvələri tərəfindən öldürülərsə, Kiyev Moskva ilə danışıqları dayandıracaq”. AYNA UNİAN-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Prezident vurğulayıb ki, əgər bizim Mariupoldakı əsgərlər, mülki vətəndaşlar öldürülsə və Xerson vilayətində saxta referendum təşkil edilsə, Ukrayna istənilən danışıqlar prosesindən çıxacaq".