Politoloq: “Süleymaninin öldürülməsi İranda daxili siyasi qarşıdurmanı səngidə, lakin xarici siyasətdə aqressiyanı gücləndirə bilər”
Xəbər verdiyimiz kimi, İraqda İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadının komandiri, general Qasım Süleymani ABŞ hərbi hava qüvvələrinin bombardımanı nəticəsində öldürülüb. Baş verən hadisə rəsmi Tehranda böyük hiddətə səbəb olub. İranın Ali dini lideri Ayətullah Əli Xamaneyi Vaşinqtonu qisasla hədələyib.
Baş verənləri, hadisələrin bundan sonrakı gedişatını AYNA-ya politoloq Nəzakət Məmmədova şərh edib. O bildirib ki, bu hadisə Yaxın Şərqdə 2020-ci ildə ABŞ-İran qarşıdurmasının daha da gərginləşəcəyinin ilk siqnalıdır: “Süleymani İranda "dövlət içində dövlət" olan təşkilatın – SEPAH-ın “Qüds” qanadını komandiri, ölkənin faktiki olaraq Ayətullah Xameneyidən sonra ikinci şəxsi, Ruhanidən sonra İran dövlətinin başına keçmək şansı olan lideri idi. Onun öldürülməsi Yaxın Şərqdə güc nisbətinin xeyli dərəcədə İranın zərərinə olacağını deməyə əsas verir”.
“Hər halda, Süleymani regionu yaxşı tanıyan, böyük təcrübəsi olan şəxs idi və onun yerini tutaraq İranın regional strategiyasını davam etdirəcək şəxsin də ən azı onun qədər təcrübəli olması vacib şərtdir. ABŞ bu miqyasda əməliyyat apararaq İran generalını məhv etməklə, İrana meydan oxuyaraq, açıq savaşa