Erməni Baş Nazir, yumşaq desək, qalib gəlmək vəziyyətində deyildi
Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında keçirilən panel müzakirəsi uzun müddət təhlil və müzakirə mövzusu olacaq. Çünki nəinki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi aspektində deyil, həm də münaqişə tərəflərinin liderləri arasındakı bu ünsiyyət forması ilk dəfə həyata keçirilirdi. Liderlərin səriştəsi, tarixi materiallardan məlumatlı olması, polemikaya sahib olmaq və həmsöhbətin ifadələrini əsaslandırmaq bacarığı baxımından da ilk panel müzakirəsi kimi yadda qalacaq.
Artıq Ermənistan özü Paşinyanın Əliyevlə debatda uduzduğunu etiraf edib. Belə ki, yazıçı Anna Astvatsatryan Terkott sosial şəbəkədəki hesabında Nikol Paşinyanın çıxışını "biabırçılıq" adlandırıb. Ermənistanın sabiq Müdafiə naziri Artak Zakaryan Baş Nazirin bu çıxışından tam məyus olduğunu və bunu “öncədən təşkil edilməmiş, yarı kinayəli söhbət” kimi qiymətləndirdiyini deyərək, əlavə edib ki, Ermənistan Baş Nazirinin “mikro, mini inqilablar” barədə fikirləri istehza doğurur.
Həqiqətən, Paşinyanın səhvləri, tarixi və hətta coğrafiyanı bilməməsi, hazırlıqsızlığına dəlalət edən halları onu gülüş obyektinə çevirmiş oldu. Onun digər fikirləri, hətta istehzaya səbəb oldu. Beləliklə, məşhur "Böyük Ermənistan" musiqisi ilə tarixə girmək cəhdi dərhal zalda əyləşənlər tərəfindən gülüşlə qarşılandı. Paşinyan "Böyük Tiqranın zamanında..." – mövzusuna başlamaq istədiyi anda auditoriyada yenidən yayılan qəhqəhələr onun danışığını yarıda qoydu. "Bir dəqiqə gözləyin! Bir dəqiqə gözləyin! Bir dəqiqə gözləyin! Bölgəmizdə cəmi iki millət var: ermənilər”… Elə bu anda İlham Əliyev “və ermənilər!”, - deyə öz etirazını bildirir. Zal qəhqəhələrə boğulur, Paşinyan isə fikirlərini sona çatdırıraq “... və gürcülər”, - deyir.
Mira Həsənova