Ukrayna polisi Rusiyanın aktivlərinə həbs qoyub

Dünya

05.06.2024 - 16:05

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyanın 1 milyard dollar dəyərində aktivləri müsadirə edilib

Ukrayna polisi Rusiyaya aid 38 milyard qrivnaya (təxminən 1 milyard dollar) dəyərində aktivləri müsadirə edib.

AYNA xəbər verir ki, bunu “RBC-Ukrayna”ya müsahibəsində Ukrayna Milli Polisinin Strateji Araşdırmalar Departamentinin rəhbəri Andrey Rubel deyib.

Onun sözlərinə görə, bütün aktivlər Ukraynanın, o cümlədən ordunun xeyrinə və ehtiyaclarına yönəldilib.

“Xüsusən, “Bell-427” helikopteri, “Gulfstream G650” təyyarəsi, 47 yük maşını, 55 minik avtomobili və 3 düzbucaqlı yarımqoşqu müdafiəçilərimizə təhvil verilib”, - Rubel bildirib.

O, aydınlaşdırıb ki, Rusiya aktivlərinin həcmini qiymətləndirmək çətindir, çünki 2014-cü ildən Ukraynanın bütün iri biznesləri birbaşa və ya dolayı yolla ruslarla bağlıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş