Ukrayna ordusu Taman limanına hücum edib: dörd neft anbarı yanıb

Dünya

16.02.2026 - 00:35

Kütləvi dron hücumu neft anbarına və terminallara ziyan vurub

Ukrayna Silahlı Qüvvələri Rusiyanın cənubundakı ən böyük limanlardan biri olan Krasnodar diyarındakı Qara dənizin Taman limanına hücum edib. AYNA.AZ xəbər verir ki, bu barədə vilayət qubernatoru Veniamin Kondratyev özünün “Telegram” kanalında bildirib.

Qeyd edib ki, 15 fevral gecəsi baş verən kütləvi dron hücumu neft anbarına və terminallara ziyan vurub. O əlavə edib ki, iki nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Zərbələrdən sonra limanda yanğın başlayıb. Yanğın 2200 kvadrat metr ərazini əhatə edib.

Taman limanından əlavə, Soçi və Anapa rayonunun Yurovka kəndi də zərər çəkib. Soçi meri Andrey Proşunin hücumu şəhərə qarşı “ən uzun” və “kütləvi hücumlardan biri” adlandırıb. O hava hücumundan müdafiə qüvvələrinin Qara dəniz üzərində onlarla pilotsuz təyyarəni məhv etdiyini və strateji infrastruktura ziyan dəymədiyini, lakin bir şəxsi evdə pəncərələrin sındığını deyib.

Kondratyevin məlumatına görə isə Yurovka kəndində qazanxanaya ziyan dəysə də, yanğın baş verməyib.

Qeyd edək ki, Volna kəndində yerləşən Taman limanı neft məhsullarının əsas ixrac mərkəzidir.

Ukrayna “Telegram” kanalları Krasnodar, Novorossiysk, Gelincik, Slavyansk-na-Kuban, Soçi, Anapa, Tuapse və Adıgeydəki hədəflərə endirilən zərbələrin görüntülərini yayımlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş