"Aktiv axtarış və zərbə əməliyyatları sayəsində şəhərin demək olar ki, 90%-ni nəzarətə götürə bilmişik"
Ukrayna ordusu Rusiya qüvvələrini Kupyanskdan qovub və şəhərin demək olar ki, 90 faizini nəzarətə götürüb. AYNA.AZ-ın “RBC-Ukrayna”ya istinadən məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bu barədə açıqlama verib.
Sırski Ukraynanın müdafiəsi üzrə "Ramşteyn" Təmas Qrupunun videokonfrans vasitəsilə keçirilən 32-ci iclasında iştirak edib.
O müttəfiqlərinə cəbhədəki çətin vəziyyət barədə məlumat verib.
"Aktiv axtarış və zərbə əməliyyatları sayəsində şəhərin demək olar ki, 90%-ni nəzarətə götürə bilmişik", - Sırski deyib.