Ukrayna növbəti dəfə Rusiya ordusunu əsirlərin qətlində ittiham edib

Dünya

11.07.2024 - 10:54

Həkimlər Klinikalar SEO Xidməti

videoda Ukrayna müdafiəçilərinin silahı yerə qoyduğunu və müqavimət göstərmədiyini açıq şəkildə görünür, amma...

Ukrayna Baş Prokurorluğu rusiyalı hərbçilər tərəfindən ukraynalı əsirlərin öldürülməsi ilə bağlı növbəti cinayət işi açıb.

AYNA Ukrayna mediasına istinadən bildirir ki, baş prokuror Andrey Kostinin sözlərinə görə, iş Baş Prokurorluğa daxil olan video ilə bağlıdır.

Onun iddiasına görə, videoda Ukrayna müdafiəçilərinin silahı yerə qoyduğunu və müqavimət göstərmədiyini açıq şəkildə görünür, amma Rusiya ordusunun əsgərləri silahsız insanları güllələyiblər.

Bildirilir ki, bu, 2024-cü ilin iyununda Zaporojye rayonunun Rabotino kəndi yaxınlığında baş verib.

Ukraynanın baş prokuroru bildirib ki, genişmiqyaslı müharibə başlayandan bəri Rusiya hərbçiləri azı 61 ukraynalı hərbi əsiri öldürüb. Bundan əlavə, Rusiyada əsirlikdə olan 500-dən çox Ukrayna Silahlı Qüvvələri əsgəri onlara qarşı işgəncələrə məruz qaldığını bildirib.

Ümumilikdə Ukraynada Rusiya hərbçiləri tərəfindən törədildiyi iddia edilən cinayətlər, o cümlədən əsirlərin qətli ilə bağlı 50 mindən çox cinayət işi araşdırılır. Rusiya Müdafiə Nazirliyi bu cür ittihamları ya şərh etməyib, ya da təkzib edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş