Bu barədə Ukrayna Nazirlər Kabineti məlumat yayıb
Ukrayna Nazirlər Kabineti Rusiyanın başlatdığı müharibə nəticəsində ölkə iqtisadiyyatının ümumi itkilərini qiymətləndirib. AYNA xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin saytında yer alan məlumatda deyilir.
“Hökumətin hesablamalarına görə, müharibə nəticəsində Ukrayna iqtisadiyyatının ümumi itkiləri artıq 600 milyard ABŞ dollarına çatıb”, - deyə məlumatda bildirilir.