Ukrayna ilə ABŞ arasında saziş imzalanır - İDDİA

Dünya

26.02.2025 - 12:43

Həkimlər Klinikalar SEO Xidməti

Kiyev fevralın 28-də Vaşinqtonda faydalı qazıntılarla bağlı saziş imzalaya bilər

Ukrayna Nazirlər Kabineti bu gün Kiyevə ABŞ-la mineral ehtiyatların işlənməsinə dair saziş imzalamağı tövsiyə edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Daha əvvəl “Financial Times” xəbər vermişdi ki, Ukrayna ABŞ administrasiyası Ukraynanın investisiya fonduna təxminən 500 milyard dollar töhfə verməsi tələbindən imtina etdikdən sonra ABŞ administrasiyası ilə faydalı qazıntılar üzrə sazişin şərtlərini razılaşdırıb.

“Bloomberg” mənbələri bildiriblər ki, sövdələşmənin təfərrüatlarının daha sonra açıqlanacağı gözlənilir.

Eyni zamanda, “Frans Press” agentliyinin mənbəsinin məlumatına görə, müqavilən fevralın 28-də Vaşinqtonda imzalana bilər.

“Hökumət rəsmiləri detallar üzərində işləyir. Biz sazişi imzalamaq üçün cümə günü Vaşinqtona səfər etməyi planlaşdırırıq”, - deyə mənbə agentliyə bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət