Bölmələrə əvvəllər Avropa İttifaqına qaçmış şəxslər cəlb olunacaq
Ukrayna qaçqınlardan ibarət Ukrayna Silahlı Qüvvələrinin yeni bölmələr yaratmağı planlaşdırır. AYNA xəbər verir ki, bu barədə Almaniyanın “Der Tagesspiegel” nəşri yazıb.
Bildirilib ki, bölmələrə əvvəllər Avropa İttifaqına qaçmış şəxslər cəlb olunacaq.
Qeyd olunub ki, Polşada hərbi işlərlə bağlı yeni briqadalar yaradıla və təlim keçilə bilər.
Beləliklə, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı təxminən 10 min ukraynalını silahlandırmağı planlaşdırır. Ehtimallara görə, bu bölmələrin döyüş əməliyyatlarında iştirakı 2025-ci ilə planlaşdırılır.
Eyni zamanda, vurğulanıb ki, Ukrayna hələ də bu planı həyata keçirə biləcəyinə əmin deyil. Bunun səbəbi qaçqınların Aİ qanunları ilə qorunmasıdır.