Ukrayna ABŞ-a Rusiyaya zərbələr endiriləcək hədəflərin siyahısını verəcək

Dünya

27.08.2024 - 16:20

Həkimlər Klinikalar SEO Xidməti

Umerov və Yermak Vaşinqtonu məhdudiyyətləri aradan qaldırmağa inandırmaq üçün son səy göstərəcəklər

Kiyev Vaşinqtona Rusiyada Amerikanın uzaqmənzilli silahlarının vura biləcəyi uzaqmənzilli hədəflərin siyahısını təqdim etməyə hazırdır. AYNA xəbər verir ki, bu barədə “Politico” yazıb.

Ukraynanın müdafiə naziri Rustem Umerov və Ukrayna Prezidentinin baş müşaviri Andrey Yermak bu həftə Vaşinqtonu Amerikanın uzaqmənzilli silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandırmaq üçün son səy göstərəcəklər. Bunu vəziyyətlə tanış olan üç mənbə təsdiqləyib.

Ukrayna rəsmiləri Prezident Co Bayden administrasiyasına mümkün zərbə üçün hədəflərin ətraflı siyahısını təqdim edəcək.

“Ukrayna üçün silahların çeşidinə heç bir məhdudiyyət qoyulmamalıdır. Həyatın müdafiəçiləri silah məsələsində məhdudiyyətlərlə üzləşməməlidirlər”, - deyə Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi bildirmişdi.

Nəşrin mənbələrinə görə, Ukrayna hakimiyyəti artıq bir neçə dəfə Bayden administrasiyasına Rusiya daxilində daha effektiv hücum üçün Amerika raketlərinin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edib. Vaşinqton hesab edir ki, məhdudiyyətlərin aradan qaldırılması Moskvanı Ukraynada daha aqressiv addımlar atmağa təhrik edə bilər.

Eyni zamanda, Amerika rəsmiləri qeyd edirlər ki, Rusiyanın əsas hədəflərinin əlçatmaz yerdə hərəkətini nəzərə alsaq, “məhdudiyyətlərin aradan qaldırılmasında strateji üstünlük azdır”. Vaşinqton hesab edir ki, Kiyevdə uzaqmənzilli raketlər üçün kifayət qədər sayda taktiki raket sistemləri yoxdur, çünki Ukrayna onlardan Krımda hücumu üçün istifadə edir və bundan əlavə, ABŞ-da ATACMS raketlərinin məhdud təchizatı var. Bu barədə “Politico”nun həmsöhbətləri qeyd ediblər.

Bazar ertəsi səhər Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi ABŞ-ın məhdudiyyətlərlə bağlı siyasətində heç bir dəyişiklik olmadığını deyib: “Bu, Prezident Zelenskinin yeni istəyi deyil. Amma dəfələrlə dediyim kimi, biz ukraynalılarla danışıqları davam etdirəcəyik, lakin onları gizli saxlayacağıq”.

Nəşrin məlumatına görə, bəzi ukraynalı rəsmilər Bayden administrasiyasının yaxın vaxtlarda məhdudiyyətləri aradan qaldırmağı düşündüyünü iddia edirlər. Vəziyyətlə tanış olan mənbə bildirib ki, Vaşinqton həqiqətən də Kiyevi dinləmək niyyətindədir, lakin məsələnin həssaslığına görə administrasiyanın fikri mənbəyə məlum deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş