Uitkoff və Kuşner İranla danışıqlar aparmaq üçün İslamabada gedirlər

Dünya

25.04.2026 - 21:17

Vens hazırda səfər planlaşdırmır: çünki İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf danışıqlarda iştirak etmir

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni, həm də müşaviri müşaviri Cared Kuşner İranın xarici işlər naziri Abbas Əraqçi ilə mümkün danışıqlar üçün İslamabada gedirlər. AYNA.AZ xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Tehranla son görüşdə Amerika nümayəndə heyətinə rəhbərlik edən vitse-prezident C.D.Vens hazırda səfər planlaşdırmır, çünki İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf danışıqlarda iştirak etmir. Lakin mənbələrə görə, Vens danışıqlar irəliləyərsə, İslamabada getməyə hazırdır.

Əraqçi həmçinin Pakistanla yanaşı, Rusiya və Omana da səfərləri əhatə edəcək diplomatik turneyə başlayıb: "Səfərlərimin məqsədi tərəfdaşlarımızla ikitərəfli əməkdaşlığı sıx əlaqələndirmək və regional inkişaflar barədə məsləhətləşmələr aparmaqdır. Qonşularımız bizim prioritetimizdir".

İlkin məlumatlara görə, İranın xarici işlər naziri İslamabadda ABŞ ilə danışıqların mümkün davam etdirilməsi ilə bağlı Tehranın mövqeyini təqdim edəcək. Amerika nümayəndə heyəti artıq Pakistandadır, lakin onlar dəstək rolunu oynayır və danışıqlar aparmaq səlahiyyətinə malik deyil.

İranın “Tasnim” xəbər agentliyi bildirir ki, Əraqçinin İslamabada səfəri zamanı Amerika nümayəndələri ilə heç bir danışıqlar planlaşdırılmır.

İran dialoqun irəliləməsi üçün əsas şərt kimi ABŞ-ın limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmaqda israr etməyə davam edir.

Qalibafın danışıqlar qrupundan çıxması ilə bağlı mediada məlumatlar yayılıb. İsrail və İran müxalifət mənbələrinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri ilə fikir ayrılıqları və Hörmüz boğazından gəmiçiliyin qismən açılması Tehranın təkliflərinin uğursuzluğuna səbəb ola bilər.

İranın rəsmi mediası Qalibafın istefası ilə bağlı xəbərləri rədd edərək, onun parlamentdə işləməyə davam etdiyini və danışıqlar aparan nümayəndə heyətinin tərkibinin hələlik dəqiqləşdirilmədiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş