“Hər kəs sülh prosesində iştirak edir və razılaşmanın əldə olunmasını istəyir"
“Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşma 90 faiz tamamlanıb və bütün tərəflər onun bağlanmasında maraqlıdırlar”. AYNA.AZ-ın “Bloomberg”ə istinadən məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.
Ağ Ev rəsmisi qeyd edib ki, "ukraynalılar 90 faiz irəliləyiş əldə etdiyimizi dedilər və mən onlarla razıyam. Əslində düşünürəm ki, daha da çox irəliləyiş əldə etmişik. Hər kəs sülh prosesində iştirak edir və razılaşmanın əldə olunmasını istəyir".
Uittkoff əvvəllər Davosda Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə danışıqlar aparmış və danışıqları "çox müsbət" adlandırmışdı. Görüşdə Amerika liderinin kürəkəni Cared Kuşner də iştirak etmişdi.
Trampın xüsusi nümayəndəsi həmçinin 22 yanvarda Kuşnerlə birlikdə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya gedəcəyini açıqlayıb. Bu məlumatı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.