Bağışlayın məni, Türkiyə-İsveç-NATO mövzusunu davam etdirməyə məcburam
Türkiyəni səhv çıxarmaq istəyənlərin bir arqumenti də var. Əvvəldən var idi, əslində: “Türkiyə düz eləmir, çünki onu cəzalandıracaqlar-filan”. Hər cür olan-olmayan ssenarilər. Bunu həm də Türkiyəyə ürəyi yananlar deyir. Alarmistlər, pessimistlər və s.
Türkiyənin cəzalanmasını istəyənlər var, əlbəttə. Yunan hökuməti və lobbisi, məsələn. Erməni hökuməti və lobbisi. Kürd kartının ilhamvericiləri, məsələn. Axtarsanız, başqalarını da tapacaqsınız.
Onlar hər cür Türkiyənin şərtlər qoymasını, guya, Türkiyənin Qərbə qarşı olması kimi təqdim etməyə çalışırlar. Türkiyənin, guya, Rusiyanı dəstəkləməsi kimi təqdim etməyə çalışırlar. Halbuki, rusa gerçək dəstək verənlər də həmişə məhz yunan, erməni və sair kimi qruplar, türkofoblar və onlara dəstək verənlər olublar. Amma bunlar hamısı hay-küydür.
ABŞ dünən həm Prezident, həm də dövlət katibi səviyyəsində əmin etdi ki, Türkiyə ilə bağlı problem olmayacaq İsveç və Finlandiyanın qəbulu məsələdində. Bu, o demək ki, kompromis əldə olunub. Burası aydındır.
Türkiyənin cəzalanacağı “qayğısını çəkənlərə” başqa bir şey deyim. Ukraynaya, Gürcüstana NATO-ya üzvlük sürəci verilməsini kim dəstəkləyirdi NATO-da? Kim?
Polşa özünü öldürürdü. ABŞ yalvarırdı, deyirdi gəlin qoruyaq onu Rusiyadan. Türkiyə dəstəkləyirdi.
Kim veto qoyurdu? Kim yeni qaz kəməri çəkirdi və ABŞ-a Avropadan “çəkil get” deyirdi? “Putin yaxşı oğlandır, özümüz dil taparıq” deyən kim idi?
Nə oldu? Cəzalandırdılar onları? Bu gün də milyardlarla dollarlıq qaz alırlar. “Putinin dostu” siyahısına niyə salmırlar onları?
Niyə Türkiyə qaz alanda, turist alanda pis olur, Putinin dostu çıxarırlar, Amma AB Rusiya qazının pulunu Putinin istəyi ilə rublla verməyə yaşıl işıq yandıranda normaldır? Bunlar necə baş verir?
Müəllif: Rəşid Hacılı
Mənbə: Şəxsi “Facebook” profili