Türkiyənin XİN rəhbəri Nyu-Yorka gedib

Dünya

22.01.2024 - 09:31

cedabet dərman SEO Xidməti

Hakan Fidan ABŞ-a səfər edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-a səfər edib. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə qardaş ölkənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yanvarın 23-də Nyu-Yorkda keçiriləcək iclasında iştirak edəcək.

İclasda İsrail-Fələstin qarşıdurması müzakirə olunacaq.

Bildirilib ki, səfər zamanı Fidanın ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş