Türkiyənin iki nazirliyi Azərbaycana başsağlığı verdi 

Xəbərlər

30.11.2021 - 15:12

Həkimlər Klinikalar SEO Xidməti

XİN və Milli Müdafiə Nazirliyi hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib. AYNA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in saytında bildirilib.

“Azərbaycanın Xızı rayonunda “Qaraheybət” poliqonunda təlim uçuşu zamanı hərbi helikopterin qəzaya uğramasını, qəzada şəhid və yaralıların olduğunu dərin kədərlə öyrəndik. Şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, - qeyd olunub.

Türkiyə Milli Müdafiə Nazirliyi də Azərbaycana başsağlığı verib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter" hesabında paylaşım edib.

"Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə aid bir helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfalar arzulayır, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı verir və səbir diləyirik", - deyə qeyd olunub.

Xatırladaq ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş