Rejissor filmin çəkilişlərinə yaxın vaxtlarda başlanılacağını qeyd edib
Türkiyənin Sənayeçi İş Qadınları və İş Adamları Konfederasiyasının (SANKON) dəstəyi ilə Xocalı soyqırımına həsr olunmuş film çəkiləcək.
AYNA-ya bu haqda SANKON-un direktor müavini, rejissor Murat Uygur məlumat verib.
Rejissor bildirib ki, 1992-ci ildə fevral ayının 26-da Xocalı şəhərində Ermənistan tərəfindən sivil Azərbaycan xalqına yaşadılan bu qırğını dünyaya unutdurmamamaq üçün SANKON şirkətinin dəstəyi ilə 2020-ci ildə film çəkmək haqqında qərar verilib.
O, filmin çəkilişlərinə yaxın vaxtlarda başlanılacağını qeyd edib.
Murat Uygur, filmin çəkilməsinin təşəbbüskarı, Türkiyəli iş adamı, SANKON-un başqanı Ferudun Cevahiroğluna təşəkkür edib.