Türkiyədən qayıdacaq azərbaycanlılar üçün uçuşların qrafiki - <font color=red> SİYAHI</font>

Siyasət

15.03.2020 - 10:02

Azərbaycan-Türkiyə sərhədi müvəqqəti olaraq bağlanıb 

 

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərlə bağlı çarter reyslər ayrılacaq.

 

AYNA bildirir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, 15 mart tarixində Türkiyədən Azərbaycana iki reys həyata keçiriləcək.

 

TK 332 IST-GYD - 08:55 (Yerli vaxtla) sadəcə Azərbaycan vətəndaşları

 

TK 334 IST-GYD - 16:00 (Yerli vaxtla) sadəcə Azərbaycan vətəndaşları

 

Azərbaycandakı Türkiyə vətəndaşlarının ölkəsinə dönməsi üçün isə 15 martda iki reys həyata keçiriləcək.

 

TK 333 GYD-IST - 13:45 (Yerli vaxtla) sadəcə Türkiyə vətəndaşları

 

TK 335 GYD-IST - 20:50 (Yerli vaxtla) sadəcə Türkiyə vətəndaşları

Müəllif: Ayna.az