Zəlzələ ocağı 10,3 kilometr dərinlikdə yerləşib
Türkiyənin Bingöl əyalətində zəlzələ qeydə alınıb.
AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Karlıova rayonunda yerli vaxtla saat 00:27-də 3,6 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 10,3 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat qeydə alınmayıb.