Yeniyetmə havaya ov tüfəngindən atəş açıb: güllələr 11 nəfərə dəyib
Türkiyədə toyda baş verən hadisə nəticəsində 11 nəfər yaralanıb. AYNA.AZ xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.
Qəzetin xəbərinə görə, Dənizli əyalətinin Çivril rayonunda keçirilən toyda yeniyetmə havaya ov tüfəngindən atəş açıb. Güllələr 11 nəfərə dəyib və onlar müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralananların hamısı tibbi yardım üçün yerli xəstəxanaya aparılıb. Onlardan ikisi əlavə müayinə üçün digər tibb müəssisələrinə yerləşdirilib, digərlərinin vəziyyəti isə sabitdir.
Hüquq-mühafizə orqanları şübhəlini dindirib, istintaq aparılır.