Silahlı hücum nəticəsində 16 nəfər yaralanıb: hücum edən şagird intihar edib
Türkiyədə liseydə baş verən silahlı hücum nəticəsində 16 nəfər yaralanıb. AYNA.AZ "Haber Turk"ə istinadən bildirir ki, hadisə Şanlıurfa əyalətinin Siverek şəhərində baş verib.
İlkin məlumatlara görə, bir şagird binaya silahla girib və atəş açıb.
Əvvəlcə yeddi nəfərin yaralandığı bildirilsə də, sonradan bu rəqəm 16-ya çatıb.
Hücum edən şəxsin bir neçə şagirdi girov götürdüyü bildirilir. Şagirdlərin əksəriyyəti təxliyə edilib və hadisə yerinə çoxsaylı təcili yardım briqadaları və xüsusi polis bölmələri göndərilib.
Son məlumatlara görə, hücumu həyata keçirən şagird intihar edib. Hadisənin səbəbləri araşdırılır.