Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya

01.06.2021 - 02:27

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədə 1400-dək xəstənin vəziyyəti ağırdır 

 

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 122 nəfər ölüb.

 

AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 219 min 461 nəfər test edilib, onların 6 min 493-nün koronavirus testi pozitiv nəticə verib, 9 min 582 nəfər sağalıb, 1 339 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

 

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 47 min 527 nəfər ölüb.

 

Türkiyədə indiyədək 5 miyon 249 min 404 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 114 min 624 nəfəri müalicə olunaraq evə buraxılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş