Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya

29.01.2021 - 01:15

Ölkədə COVID-19-dan ölənlərin sayı 25 605 nəfərə çatıb 

 

Türkiyədə son sutka ərzində koronavirusdan 129 nəfər dünyasını dəyişib, 670-i simptomatik olmaqla 7279 pasiyent COVID-19 xəstəsi kimi qeydiyyata alınıb. 

 

AYNA xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 25605-ə, bu virusa yoluxanların sayı isə 2,457,118-ə çatıb.

 

Ümumilikdə 29 milyondan çox insan test olunub.

Müəllif: Ayna.az