Türkiyədə güclü meşə yanğını başlayıb

Dünya

06.08.2022 - 07:37

Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum

Türkiyənin Hatay əyalətində güclü meşə yanğını başlayıb. Bu barədə AYNA-ya yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, təbii hadisə axşam saatlarında Samandağ rayonundakı meşəlik ərazidə qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az