Türkiyədə futbolçular hakimin burnunu sındırdılar

İdman

20.12.2023 - 12:36

Həvəskarlar liqasının oyununda hakimə hücum edilib

Türkiyədə oyun zamanı futbolçular hakimə hücum ediblər. AYNA xəbər verir ki, bu barədə “Hykırı” “X” sosial şəbəkəsində məlumat yayılıb.

Hadisə həvəskarlar liqasının "Kumçatıspor" - "Cizre Dijlespor" matçında (1:1) baş verib. “Kumçatıspor” futbolçularının hücumu nəticəsində hakimin burnu sınıb.

Bu, Türkiyədə hakimə qarşı ilk hücum deyil. Bundan əvvəl ölkə çempionatının 15-ci turunun “Ankaragücü” – “Rizəspor” matçında (1:1) “Ankaragücü”nün prezidenti Faruk Koca baş hakim Halil Umutu döyüb. Hakim qazona yıxılıb, bundan sonra xəstəxanaya yerləşdirilib.

Buna cavab olaraq Türkiyə Futbol Federasiyası ölkə çempionatını dayandırıb. Koca bütün türk hakimlər, futbolçular və Türkiyə xalqından üzr istəyib, bundan sonra istefa verib.

Müəllif: Ayna.az