Türkiyədə daha bir məktəbə silahlı hücum olub

Dünya

15.04.2026 - 16:42

Dörd nəfər ölüb, 20 nəfər yaralanıb: hücum edən 8-ci sinif şagirdi olub

Türkiyədə məktəbə silahlı hücum olub. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, hadisə Kahramanmaraşda baş verib.

Hücum nəticəsində 4 nəfər ölüb.

Kahramanmaraş valisi bildirib ki, ölənlərdən biri müəllim, üçü şagirddir.

Hadisə nəticəsində yaralananların sayı 20-yə çatıb.

Silahlı hücumu 8-ci sinif şagirdinin törətdiyi qeyd olunub. Şagirdin atası keçmiş polis əməkdaşı olub. O atasına məxsus silahlarla iki sinif otağına atəş açıb. Bundan sonra şagird intihar edib.

Qeyd edək ki, ötən gün Şanlıurfada liseyə silahlı hücum olub, hadisə nəticəsində 16 nəfər yaralanıb. Hücumu törədən şəxs özünü öldürüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş