Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 732 nəfər ölüb
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) daha 45 nəfər həyatını itirib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında qeyd edilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 228 163 nəfər test edilib, onların 5496-nın koronavirus testi pozitiv nəticə verib, 7191 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 727 nəfər olub. Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 732 nəfər ölüb.
Türkiyədə indiyədək 5 425 652 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 294 285 nəfəri müalicə olunaraq evə buraxılıb.