Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

16.11.2021 - 05:13

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 215 nəfər dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 350 933 nəfər test edilib, onların 23 852-nin koronavirus testi pozitiv nəticə verib, 25 258 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 118 559 680 peyvənd tətbiq edilib ki, bunun 90,01 faizi birinci, 70,80 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş