Nazir: “Bu yanğınlar Türkiyə tarixində ən böyük meşə yanğınlardır”
Türkiyədə 15 gün davam böyük miqyaslı meşə yanğınları söndürülüb. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli bildirib.
Nazir Muğlanın Göyçeğiz rayonundakı yanğının da nəzarətə alındığını qeyd edib.
“Bu yanğınlar Türkiyə tarixində ən böyük meşə yanğınlardır. 28 iyulda başlayan, 15 davam edən və tariximizdə ən böyük meşə yanğınlarının sonuncusu olan Muğla Köycegiz yanğınını da meşə qəhrəmanlarının böyük səyi nəticəsində nəzarət altına ala bildik”, - deyə nazir əlavə edib.
Nazir vurğulayıb ki, baş vermiş böyük yanğınların hamısı söndürülmüş sayılır: “Bu böyük fəlakətdə əziz millətimizlə də meşə üçün tək ürək olduq. Başda hörmətli Prezidentimiz başda olmaqla, bizə dəstəyini əsirgəməyən ölkələrə, ictimai qurumlara və təşkilatlara, QHT-lərə təşəkkür edirik”.