Ölkənin əsas hissəsində seçkilər saat 9:00-da başlayıb, saat 18:00-da başa çatacaq
Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir. AYNA-nın Türkiyə mediasına istinadən məlumatına görə, yerli hakimiyyət orqanlarına seçkilərdə səsvermə ölkənin cənub-şərqində başlayıb. Burada seçki məntəqələri bir saat əvvəl - yerli vaxtla saat 7:00-da açılıb.
Ölkənin əsas hissəsində seçkilər saat 9:00-da başlayıb, saat 18:00-da başa çatacaq.
Martın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mövcud qanunvericilik nəzərə alınmaqla, martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin onun üçün son seçki olacağını bildirib.