Türkiyədə 26 İŞİD üzvü həbs edilib

Dünya

02.01.2026 - 20:12

Eyni vaxtda keçirilən əməliyyatlar zamanı ümumilikdə 42 şübhəli saxlanılıb

Türkiyənin Yalova şəhərində terror təşkilatına qarşı keçirilən və üç polis əməkdaşının ölümünə səbəb olan əməliyyatla əlaqədar saxlanılan 42 İŞİD üzvündən 26-sı həbs edilib. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, şəhərdə eyni vaxtda keçirilən əməliyyatlar zamanı ümumilikdə 42 şübhəli saxlanılıb.

Onlardan 26-sı məhkəmə qərarı ilə həbs olunub.

 Qeyd edək ki, dekabrın 29-da Yalovada antiterror əməliyyatı zamanı silahlı toqquşma baş verib və nəticədə üç polis əməkdaşı şəhid olub, səkkiz polis əməkdaşı və bir təhlükəsizlik əməkdaşı yaralanıb. Məlumata görə, toqquşma zamanı altı terrorçu zərərsizləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş