Təkbətək görüş NATO-ya üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində keçirilib
Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında görüş başa çatıb.
AYNA-nın məlumatına görə, görüşdə Türkiyə-ABŞ münasibətləri, o cümlədən ikitərəfli əlaqələr müzakirə edilib. Təkbətək görüş nümayəndə heyətlərinin görüşü ilə davam etdirilib.
Qeyd edək ki, təkbətək görüş NATO-ya üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində keçirilib və 45 dəqiqə davam edib. Nümayəndə heyətlərinin görüşü isə 40 dəqiqə sürüb. ABŞ prezidenti Co Bayden Ərdoğanla görüşün çox yaxşı keçdiyini bildirib.