Sakit Okean Donanmasının rus gəmiləri Bosfor boğazından keçə bilmədi, Vladivostokdakı bazalarına qayıtdılar
Sakit Okean Donanmasının rus gəmiləri Uzaq Şərqə qayıdıb. AYNA xəbər verir ki, gəmilər fevral ayından Bosfor boğazını keçib Qara dənizə girmək üçün Türkiyədən icazə gözləsələr də, Ankara buna icazə verməyib.
Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun Monitorinq Qrupunun rəhbəri Andrey Klimenkonun sözlərinə görə, Rusiyanın “Varyaq” raket kreyseri və “Admiral Tributs” böyük sualtı qayıq əleyhinə gəmisi noyabrın 6-da Sinqapur boğazından keçərək Vladivostokdakı bazalarına doğru hərəkət ediblər.
Gəmilərin fevralın 2-dən Aralıq dənizində olduğu bildirilir. Onların vəzifəsi Ukraynanı atəşə tutmaq üçün Qara dənizə girmək idi.