Türkiyə Parlamenti İsrailin Suriyaya zərbələrini pisləyib

Dünya

17.07.2025 - 11:02

"Biz İsrailin Suriyaya, xüsusən də paytaxtı Dəməşqə qarşı iyrənc hücumlarını ən sərt şəkildə qınayırıq”

Türkiyə Parlamenti İsrailin Suriya ərazisinə hücumlarını pisləyib və Suriya xalqı ilə həmrəy olduğunu açıqlayıb, dəstəyini bəyan edib. Bu barədə AYNA.AZ Türkiyə mediasına istinadən bildirir.

"Biz İsrailin Suriyaya, xüsusən də paytaxtı Dəməşqə qarşı iyrənc hücumlarını ən sərt şəkildə qınayırıq", - Böyük Millət Məclisinin (TBMM) bəyanatında qeyd edilib.

Bundan əlavə, qeyd olunub ki, İsrail Suriyaya hücum etməklə dövlətin ərazi bütövlüyünü açıq şəkildə pozur və diqqəti “Fələstin xalqına qarşı soyqırımı”ndan yayındırmaq üçün yeni təcavüzə əl atır.

“Bəyan edirik ki, indiyə qədər etdiyimiz kimi, regionumuzda sülhün, sabitliyin, təhlükəsizliyin və əmin-amanlığın təmin edilməsi üçün bundan sonra da bütün səylərimizi göstərəcəyik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş