Türkiyə ordusu 165 terrorçunu zərərsizləşdirib

Dünya

13.11.2023 - 08:56

cedabet dərman SEO Xidməti

Bölgədə 161 mağara və sığınacaq, 303 kustar üsulla hazırlanmış partlayıcı aşkar edilərək məhv edilib

15 avqust - 10 noyabr 2023-cü il tarixləri arasında İraqın şimalındakı “Pəncə” əməliyyatı bölgəsində 165 PKK (Kürdüstan Fəhlə Partiyası) terrorçusu zərərsizləşdirilib.

AYNA xəbər verir ki, bu barədə Türkiyə Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğluna İraqın şimalında davam edən əməliyyatlarla bağlı təqdim olunan məlumatda deyilir.

Məlumata görə, bölgədə 161 mağara və sığınacaq, 303 mina/kustar üsulla hazırlanmış partlayıcı aşkar edilərək məhv edilib.

Həmçinin, axtarış və yoxlama fəaliyyətləri zamanı 58 silah, 181 min 833 sursat və çoxlu sayda digər materiallar ələ keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş