Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə “hə” dedi

Dünya

29.06.2022 - 01:44

Bu gün bu ölkələrin NATO üzvlüyü ilə bağlı qərar veriləcək

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə, Finlandiya və İsveç arasında imzalanan üçtərəfli memorandumdan məmnunluğunu ifadə edib.

AYNA-nın xəbərinə görə, NATO ölkələrinin liderləri sabah İsveç və Finlandiyanı Alyansa üzvlüyü barədə qərar verəcək.

Qeyd edək ki, Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyirlər, PKK və bütün digər terror təşkilatlarının və əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürürlər.

Bu barədə Madriddə üç ölkə arasında imzalanan memorandumda deyilir.

Bildirilir ki, bu iki ölkə terrorla mübarizə üzrə milli qanunvericiliyə düzəlişlər etmək öhdəliyini üzərlərinə götürürlər.

İsveç təsdiq edir ki, yeni və daha effektiv “Terror Cinayətləri Qanunu” iyulun 1-dən qüvvəyə minəcək.

Finlandiya və İsveç Türkiyənin təqdim etdiyi məlumatlar, sübutlar və kəşfiyyat məlumatları nəzərə alınmaqla, terrorda şübhəli bilinən şəxslərin deportasiya və ya ekstradisiya tələblərinə tez bir zamanda baxacaq.

Bundan əlavə, İsveç və Finlandiya Türkiyəyə qarşı müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qaldıraraq əməkdaşlığı artıracaq.

Müəllif: Ayna.az