Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının 12 silahlısı zərərsizləşdirilib.
AYNA xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, əməliyyat Suriyanın şimalında “Fırat qalxanı” və “Zeytun budağı” əməliyyat bölgəsində keçirilib.