Türkiyə hakimiyyəti “Instagram”a giriş qadağasını qüvvədə saxlayıb

Dünya

06.08.2024 - 13:04

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: “Sosial şəbəkə sahibləri Türkiyə vətəndaşlarının hisslərinə hörmət etmirlər”

Sosial şəbəkənin nümayəndələri ilə aparılan danışıqlar mübahisəli məsələlərin həllinə hələ nail olmadığı üçün Türkiyə hakimiyyəti “Instagram”ı ərazisində bloklamağa davam etmək qərarına gəlib. AYNA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu danışıqlarda hakimiyyət orqanlarının istənilən nəticəni əldə etmədiyini təsdiqləyib. Nazirin sözlərinə görə, sosial şəbəkə sahibləri “Türkiyə vətəndaşlarının hisslərinə hörmət etmirlər”.

“Tələblərimizi yerinə yetirdikdə qadağanı aradan qaldıracağıq”, - deyə Uraloğlu bildirib.

“Meta” da öz növbəsində sosial şəbəkənin Türkiyədə fəaliyyətini bərpa etmək üçün əllərindən gələni edəcəklərini bildirib.

Qeyd edək ki, ötən həftə Türkiyə hakimiyyəti “Instagram” sosial şəbəkəsinə girişi bloklayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş