Türkiyə ABŞ-la “Taxıl sazişi”nə alternativlər barədə danışıqlar aparır

Dünya

16.08.2023 - 11:56

cedabet dərman SEO Xidməti

Ankara ilə Vaşinqton arasında konkret razılaşmalar yoxdur

Türkiyə ilə ABŞ arasında “Taxıl sazişi”nə alternativlərlə bağlı danışıqlar aparılır. Təkliflər hələlik müzakirələr səviyyəsindədir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ankaradakı mənbə məlumat verib.

“Bunlar Qərbin, xüsusən də ABŞ-ın təklifləri idi. Hələlik hər şey müzakirələr səviyyəsindədir, hələlik konkret qərarlar və ya plan yoxdur”, - deyə mənbə bildirib.

Adının açıqlanmasını istəməyən Türkiyə rəsmisinin sözlərinə görə, Ankara sövdələşməni bərpa etmək üçün səylərini davam etdirir və BMT ilə Rusiya da daxil olmaqla bütün tərəflərlə danışıqlar aparır.

Bundan əvvəl “The Wall Street Journal” rəsmilərə istinadən xəbər vermişdi ki, ABŞ Ukrayna taxılının alternativ ixrac marşrutlarını genişləndirmək üçün Türkiyə, Ukrayna və onun qonşuları ilə danışıqlar aparır. Qeyd olunub ki, Vaşinqton tərəfindən dəstəklənən plan oktyabr ayına qədər Dunay çayı üzərindən ayda dörd milyon tona qədər taxıl ixrac etmək qabiliyyətinin artırılmasını nəzərdə tutur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş