Tunisdə yeni turist vergisi tətbiq ediləcək

Dünya

29.10.2024 - 07:48

Həkimlər Klinikalar SEO Xidməti

Vergi 12 yaşdan yuxarı mütəşəkkil turistlərə şamil ediləcək

Noyabrın 1-dən Tunisdə yeni turist vergisi tətbiq ediləcək. AYNA xarici mətbuata istinadən xəbər verir ki, yeni vergi turistləri otelin ulduz reytinqindən asılı olaraq gündə 1 avrodan 3,5 avroya qədər əlavə ödəməyə məcbur edəcək.

Məsələn, ikiulduzlu otellərdə ödəniş adambaşına gündə 1,18 avro, üçulduzlu otellərdə 2,36 avro, dörd və beşulduzlu otellərdə isə gündə 3,54 avro olacaq. Vergi 12 yaşdan yuxarı mütəşəkkil turistlərə şamil ediləcək.

Yığılan vəsaitin turizm sənayesi üçün xidmət və malların maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş