TTKF təhsilimizə nə qazandıracaq – <font color=red> İctimai rəy</font>

Cəmiyyət

25.06.2021 - 23:30

Vətəndaşların tələbə krediti yeniliyinə münasibəti birmənalı deyil

 

Xəbər verdiyimiz kimi, Azərbaycanda Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun (TTKF) yaradılmasına qərar verildi. Bu yenilik cəmiyyətdə geniş müzakirə olunur. Xüsusən, təhsilimizin indiki durumunda – çıxış yolları axtarılarkən. Əsas sual da odur ki, TTKF Azərbaycan təhsilinə nə qazandıracaq?

 

AYNA yeniliyə sosial şəbəkə istifadəçilərinin münasibətini öyrənib. Beləliklə:

 

Ruslan Eldaroğlu: “Fikrimcə, əla ideyadır. Onlarla gəncimiz təhsil haqqına görə öz arzusunu reallaşdıra bilmir. Amma bu yenilikdə iki nüans var: Kreditlərin verilmə mexanizmində şəffaflıq və kredit götürüb, təhsilini bitirən gənclərin işlə təminatı məsələsi. Fikrimcə, o kreditlə oxuyan gənclərin iş məsələsinə dövlət əl qoymalıdır”.

 

Cəlal Səfərov: “Olmayan bir şeyə nə kredit?”.

 

Emil Maqalov: “Əlbəttə, əla ideyadır. Həm də çox”.

 

Şahin İsmayılov: “Krediti verib, pulunu qazanacaqlar. Krediti götürən isə 5 il sürünüb bir diplom alacaq. Sonra da o diplomu nənəsinin sandığında gizlədib, elçi gedəndə qaynatasına göstərəcək. Vəssalam. Bu da təhsil”.

 

Sadiq Musa: “Pulsuz təhsil olmalıdır”.

 

Elşən Ağalarov: “Bu layihənin yaxşı nəticələr verəcəyinə ümid etmirəm. Dövlət savadlı kadrlar yetişdirmək üçün tələbələri yeri gəldikdə pulsuz təhsil ilə təmin etməyə borcludur”.

 

Vüsal Qarayev: “Əladır. Amma bu tələbə o krediti götürdü, oxuyub oldu hüquqşünas, mühəndis, kitabxanaçı. Və universiteti bitiridikdən sonra da özünü vurdu ora-bura, amma iş tapmadı. Kreditə avtomobil aldı, ya gündəlik arendaya götürdü, başladı "taksavatlıq" etməyə, bu ümidləri puç olmuş adam tələbə kreditini necə qaytaracaq, həmçinin eyni zamanda maşının kreditini necə verəcək? Taksi şirkətinin faizi də bir yandan. Deməyim odur ki, iş, iş, iş! Öncə bu problem həll olunmalıdır”.

 

Bəxtiyar Hacıyev: “Kredit faizləri və şərtləri tam açıqlanmadan nə dərəcədə səmərəli olacağını demək mümkün deyil”.

 

Nicat Ocaqlı: “Tələbə kredit götürdü, təhsil aldı. Amma sual verən yoxdu ki, tələbə yetim bu pullu necə ödəyəcək. Tələbə oxuyub qutardı, özünə bir iş tapa biləcəkmi? Təbii ki, yox. Ona görə də kredit götürüb oxumağın nə mənası var?!”.

 

Samir Əfətli: “Türkiyədə bu model var və illərdir işləyir. Tələbə təhsilini bitirdikdən sonra krediti işləyərək ödəyir. Hətta tələbələrə xüsusi güzəştlər də olur. Faiz isə xüsusilə aşağı olur. Nəticədə tələbə bir ömür boyu ipoteka kimi təhsil haqqını ödəyir”.

Müəllif: Təranə Xudabaxşiyeva